Bu ölkədə əhalinin yarısı koronaya yoluxa bilər – İddia

Hazırda İsveçdə 250-500 min arası insan yeni tip koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bunu Stokholm Universitetinin professoru Tom Britton iddia edib.

O qeyd edib ki, aprel ayı pandemiyanın yayılmasında ən kritik aydır:

“Aprelin sonuna kimi İsveç əhalisinin yarısı koronavirusa yoluxa bilər. Xüsusilə risk qrupundakı yaşlılar aprel ayında evdə qalmalıdır. Bu aydan sonra da, yoluxma halları davam edəcək. Virusun yayılma sürəti azalsa da, mayın sonuna qədər əhalinin 2/3 hissəsi pandemiyaya yoluxa bilər”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu