Azərbaycanda daha çox hansı ölkələrdən əcnəbi tələbələrin təhsil aldığı məlum olub


2019-2020-ci tədris ilində Azərbaycanda təhsil alan əcnəbilərin sayı 90-ya yaxın ölkədən 6600 nəfərdən çox olub və əvvəlki illə müqayisədə 21% artıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib.

Hesabatda qeyd edilib ki, əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri arasında Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Bakı Slavyan Universiteti daxildir.

”Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan, Türkmənistan, Banqladeş, Çin və Nigeriyadan gələn tələbələr üstünlük təşkil edib”, - deyə hesabatda bildirilib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu