Ötən il 74 uşaq dövlət uşaq müəssisələrinə yerləşdirilib


2019-cu ildə rayon (şəhər) icra hakimiyyətlərinin müvafiq sərəncamlarına əsasən 74 uşaq dövlət uşaq müəssisələrinə yerləşdirilib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, 51 uşaq isə dövlət uşaq müəssisələrindən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

Övladlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, onların müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə 40 uşaq reabilitasiya xidmətlərinə, 21 uşaq ailə tipli kiçik qrup evində alternativ xidmətə, 264 sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətinə yönləndirilib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu