Dövlət dilinin pozulmaması üçün müvafiq tədbirlərin görülməsi yaxşı haldır

Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələr nəzərdə tutulur.  

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə “Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması” adlı yeni 533-cü maddəsinə əlavə təklif edilir.  
Əlavəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə, fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər isə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.  

Cərimələrin tətbiq olunmasının düzgün hal olduğunu deyən filologiya elmləri doktoru, professor  Möhsün Nağısoy “Sherg.az”a açıqlamasında bildirib ki, dövlət dilinin pozulmaması üçün müvafiq tədbirlərin görülməsi yaxşı haldır:

“Əvvəllər bizə təklif olunmuşdu ki, yeni yaranacaq monitorinq mərkəzinin nizamnaməsini hazırlayaq. Orda cərimələrin tətbiq olunmasını təklif etmişdik. Lakin cərimələri əsasən dövlət qurumlarına aid etmişdik, digər şəxslərə yox. Azərbaycan dili dövlət atributlarımızdan biridir. Ona görə də bu dilin pozulmasına görə, müəyyən inzibati cəzaların tətbiq edilməsinin tərəfdarıyam”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu