Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatıb


Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölüm sayı 356 nəfər olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirus haqqında gündəlik məlumat verən https://covid19.saglik.gov.tr/ saytına istinadla paylaşdığı məlumatlarında bu barədə bildirilib.

Nazir qeyd edib ki, bu gün daha 79 koronaviruslu xəstə ölüb və son 24 saatda 18 757 şübhəli koronavirus testindən keçib, onlardan 2456-nın cavabı pozitiv çıxıb.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 18 135-ə çatıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu