Dəstək proqramı: “Dövlət sahibkar və vətəndaşların arxasında dayanır"

“Rəsmi gəliri görünməyən  şəxslərə ən azından yaşayış minimumu həcmində  yardım etmək olar. Onların dəstək proqramından kənarda qalması xoşagələn hal deyil”

“Bank kreditləri ilə bağlı da  tətil elan olunacağını gözləyirəm.  3 və ya 6 aylıq müddətdə  vətəndaşlardan ödəniş tələb edilməsin. Bankların bu itkisini isə  dövlət kompensasiya etsin” 




“Dövlətin dəstək proqramına qiymət vermək üçün çox tezdir. Biz proqramı hələ görməmişik. Sadəcə bəyənat verilib və ümumi istiqamətlər müəyyənləşdirilib”.  Bu sözləri “Sherg.az”a açıqlamasında maliyyə məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib. Bununla belə ekspert hesab edir ki, dövlət tərəfindən belə bir addımın atılması və bu cür ağır situasiyada  sahibkarların və vətəndaşların  arxasında dayanması  çox vacib və önəmli faktordur: 

“İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramlarını yüksək qiymətləndirirəm. Bu proqram sayəsində pandemiyadan maddi zərər görən bütün təbəqələrin narahatlığına son qoyulacaq.  Məqsəd də məhz bundan ibarətdir. Amma vacib bir məqamı qeyd edim ki dövlətin dəstək proqramında fəaliyyətini şəffaf quran rəsmi sahibkarlara və onların işçilərinə  yardım məsələsi öz əksini tapıb. Azərbaycanda isə xeyli sayda insan  qeyri rəsmi işləyir və kölgə iqtisadiyyatına xidmət edirlər. Düzdür, onlar vergi və sosial sığorta ödəməməklə dövlət büdcəsinə ziyan verirlər. Lakin onlar da bu ölkənin fərdləridir. Bu cür ağır zamanda onları yardımsız qoymaq olmaz. Dövlət hansısa formada həmin şəxslərə də dəstək göstərməlidir. Düşünürəm ki, rəsmi gəliri görünməyən  şəxslərə ən azından yaşayış minimumu həcmində  yardım etmək olar. Onların dəstək proqramından kənarda qalması xoşagələn hal deyil. Əlavə olaraq deyim ki bank kreditləri ilə bağlı da  tətil elan olunacağını gözləyirəm.  3 və ya 6 aylıq müddətdə  vətəndaşlardan ödəniş tələb edilməsin. Bankların bu itkisini isə  dövlət kompensasiya etsin”. 



Şirkətlərə edilən  güzəştin maliyyə nöqteyi-nəzərdən məzmununana gəldikdə isə  hüquqşünas deyib ki, illik dövriyyəsi 200 min manatdan çox olan şirkətlər 20 faiz mənfəət vergisi ödəməlidirlər:

“Mənfəət şirkətin gəliri ilə xərci arasında olan fərqdir. Deməyim odur ki, 20 faizlik vergi xalis gəlirdən çıxılacaq.  Hər hansı xərci gəlirdən çıxmaq olmaz. Yalnız şirkətin fəaliyyətini təmin edən xərc gəlirdən çıxılır. Məsələn, şirkət rəhbərinin kiməsə nəyisə bağışlamağı, xeyriyyəçilik etməsi xərcindən çıxılmır. Ancaq bundan fərqli olaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürən şirkətlər 20 min manat vergi ödəyəcək. Sözügedən şirkətlərə güzəşt dedikdə söhbət bundan gedir”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu