Proqramlar paketi: “İqtisadi təsirlər aradan qalxacaq” – Nikbin proqnoz

Koronavirus  pandemiyası ölkə iqtisadiyyatını da təhdid etməkdədir. Bununla bağlı  iqtisadi təsirləri minimuma endirmək məqsədilə 9 proqramdan ibarət iqtisadi paket hazırlanıb. Proqramlarda sahibkarlığın inkişafı xüsusi  diqqətdə saxlanılır, müxtəlif qrup insanların dövlət dəstəyindən yararlanması nəzərdə tutulur.



 Bu barədə “Sherg.az”a danışan, uzun illər “Xalq qəzeti”nin iqtisadiyyat şöbəsinə rəhbərlik etmiş veteran jurnalist Əlipənah Bayramov görülən işləri yüksək qiymətləndirir:

 “Dövlətimiz koronavirus pandemiyasına çox çevik reaksiya göstərdi. Bir çox sahələrdə, eləcə də, iqtisadiyyatda ciddi addımlar atıldı. 9 proqramdan ibarət paketin hazırlanması da hökumətin bu sahəyə qayğısından xəbər verir. Hər bir ölkənin iqtisadiyyatının dayanıqlığı sahibkarlığın inkişafından asılıdır. Bu mənada hazırlanan proqramlar iqtisadi təsirləri aradan qaldırmaq istiqamətində mühüm rol oynayacaq. Gələcəyə nikbin və inamla baxa bilərik”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu