Jurnalistlər, DİQQƏT! - Koronavirusdan belə qorunun - Baş infeksionist DANIŞDI


Koronavirusa yoluxma təhlükəsi hər yerdə var. Bəzən heç ağlımıza gəlməyən vasitələrlə də yoluxmaq olar. Karantin günlərində işləməsinə icazə verilənlər arasında KİV nümayəndələri də var. Həmkarlarımız koronavirus təhlükəsindən uzaq qalmaq üçün hər kiçik görünən məqama diqqət etməlidir. Məsələn, gündəlik işlətdiyimiz mikrofonlar da yoluxmaya səbəb ola bilər.

Ölkənin baş infeksionisti Cəlal İsayev Lent.az -a bildirib ki, xəstə bir insan mikrofona danışarsa, qulpuna toxunarsa virusları ötürə bilər: “Məsələn, virusa yoluxan bir adam mikrofana danışır. Onun ağzından çıxan damcılarda olan koronavirus mikrofana yapışa bilər. Həmin mikrofon ağıza toxunarsa, kimsə ona əlini vurduqdan sonra üz-gözünə sürtərsə, virusa yoluxa bilər.

Həmin mikrofonu danışması üçün ikinci adama tutanda da təhlükəli ola bilər”.

Həkimin sözlərinə görə, mikrofonu dezinfeksiya etmək, yuyub təmizləmək onun keyfiyyətinə təsir edəcəyi üçün bu günlərdə ondan istifadə edilməməsi daha yaxşı olar: “Mikrofonda olan virusları yox etmək üçün gərək onu bir neçə gün 50 dərəcədən yuxarı temperaturda saxlayasan”.

Baş infeksionist bir daha vurğulayıb ki, üzbəüz danışanda ağzımızdan çıxan damcılar 1,5 metr məsafəyə qədər gedə bilər: “Asqırıb-öskürəndə isə ağızdan çıxan damçılar 3 metrə kimi yayıla bilir. Ona görə də 1,5 metr məsafədən yaxın olanda yoluxdurma ehtimalı daha çox olur, məsafə çoxaldıqca ehtimal aşağı düşür. Maska taxıb danışdıqda isə yoluxma ehtimalı qat-qat aşağı düşür”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu