İki həftəlik körpədə koronavirus tapıldı

İranın Yəzd əyalətində iki həftə əvvəl doğulan körpədə koronavirus aşkar edilib.
İRNA-nın xəbərinə görə, Şəhid Saduki adına Tibb Elmləri Universitetinin prorektoru Mahmud Nuri Şadkam uşağın 800 qram çəkisi olduğunu bildirib.
Uşağın anasında koronavirus olduğunu qeyd edən Şadkam bildirib ki, bunun körpəyə mənfi təsir göstərməyəcəyi düşünülürdü, amma testlərdən sonra körpənin koronavirusa tutulduğu məlum olub.
 Körpənin xəstəxanada nəzarət altında olduğu bildirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu