Gələn həftədən Avstriyada iqtisadi məhdudiyyətlər qismən aradan qaldırıla bilər


Avstriyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin bir qismi növbəti həftədən etibarən aradan qaldırıla bilər.

AZƏRTAC xəbər verir ki, Avstriyanın Federal Vitse-kansleri Verner Koqler keçirdiyi mətbuat konfransında bu barədə deyib. Onun sözlərinə görə, normal həyata dönüş tədricən baş verəcək və bu, ilk növbədə, iqtisadiyyatın bir sıra sahələrinə, əsasən də ticarət obyektlərinə şamil olunacaq. Belə ki, yoluxma riskinin minimum həddə olduğu və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət olunması şərti ilə qeyri-ərzaq obyektləri fəaliyyətini bərpa edə biləcək. Lakin bu məsələdə son qərar növbəti həftənin əvvəlində qəbul ediləcək və parlament tərəfindən müvafiq hüquqi baza ilə təmin olunmalıdır.

Vitse-kansler bildirib ki, növbəti mərhələdə idman tədbirlərinin bərpası barədə fikirləşmək mümkün ola bilər. Önəmli olan koronavirusa yoluxma hallarının azalması və bu fonda sosial-iqtisadi həyatı bərpa etmək üçün “hərəkət planı”nın icrası üçün epidemoloji maneələrin olmamasıdır.

Qeyd edilməlidir ki, hazırda Avstriyada koronavirusa yoluxanların sayı 11 min 100 nəfərə çatıb və 168 nəfər həyatını itirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu