Narahatlığa əsas yoxdur: “Qıtlıq yaranmayacaq, amma bahalaşma...”

“Azərbaycanın təxminən 3 aylıq buğda  ehtiyatı var. Həm də ölkəmiz bir çox məhsulu artıq özü istehsal edib bazara çıxara bilər”


 Son vaxtlar ölkəmizdə müxtəlif ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə olunur.  Məsələn,1 öncə bir kiloqramı 65 qəpiyə satılan kartof indi alıcılara 90 qəpiyə, kiloqramı 1 manat 20 qəpiyə olan alma isə 40 qəpik baha qiymətə təklif olunur. Maraqlıdır, indiki fövqəladə vəziyyətdə sahibkarları qiymət artımına vadar edən nədir? Hardan gəlir bu “dəyirmanın suyu"?



Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az” bildirb ki, qiymət artımına təsir edən obyektiv və subyektiv səbəblər var: “Koronavirus pandemiyası ilə əlaqədər bütün dünyada bahalaşma baş qaldırıb. Bunun birinci səbəbi sərhədlərin bağlanması, gömrük əlaqələrinin kəsilməsidir. Məsələyə təsir edən ikinci əsas məqam isə həddindən artıq panikadır. İnsanlar bazardan, mağazadan ehtiyacları qədər olanı yox, daha artığını alırlar. Tələbatın çoxluğu təklifi aşağı salır. Nəticədə belə bir mənzərə yaranır. Subyektiv amil isə bizim qanunvericiliyimizdir. Çünki qiymətləri dövlət tənzimləmir”. 

 Ekspertin fikrincə, bahalaşmanın qarşısını almağın ən ideal yolu bazarda rəqabətin yaranmasıdır: 
“Dediyim kimi, bizdə dövlət məhsulların qiymətinə müdaxilə edə bilmir. Yalnız anti-inhisar qanunvericiliyinə əsasən qiymətləri tənzimləmək mümkündür. Amma şəxsən mən bunun əleyhinəyəm. Ən optimal variant bazarda stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir. Əgər belə olsa, rəqabət yaranacaq və tənzimləmə mexanizmi işə düşəcək”.
 
 N. Cəfərli onu da bildirdi ki, Azərbaycanda ərzaq qıtlığına heç bir səbəb yoxdur: 

“Pandemiya təkcə bizim ölkə üçün deyil. Bu, qlobal əhəmiyyətli bir problemdir. Yəni bütün ölkələrdə nə ilə nəticələnəcəksə, bizə də elə təsir göstərəcək. Ancaq onu da deyim ki, Azərbaycanın təxminən 3 aylıq buğda  ehtiyatı var. Xüsusilə un məmulatlarının, o cümlədən çörəyin qıtlığı yaxın gələcək üçün gözlənilmir. Həm də Azərbaycan bir çox məhsulu artıq özü istehsal edib bazara çıxara bilər. Odur ki, narahatlığa əsas yoxdur”.                                                          

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu