Deputat spikerin addımını dəstəklədi: “Ciddi islahatlara ehtiyacı var idi”

“Parlamentin sosial şəbəkədə səhifələri olmalıdır. Bu, seçicilərlə əlaqəni gücləndirəcək, məsafəliliyi aradan qaldıracaq”

Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə islahatlara başlayıb. Nəzərdə tutulan tədbirlər parlamentin fəaliyyətində səmərəliliyin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırma məqsədi daşıyır. S. Qafarova parlamentin fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmaq üçün qanunverici orqanda islahatların aparılması barədə sərəncam imzalayıb. Artıq Milli Məclisin sosial şəbəkələrdə hesablarının açılması gözlənilir. 

 Bu barədə “Sherg.az”a fikirlərini bildirən millət vəkili Fazil Mustafa bunun zəruri olduğunu düşünür: 

“Ümumiyyətlə, Milli Məclisin ciddi islahatlara ehtiyacı var idi. Artıq müxtəlif yenilikçi addımların atılması müsbət haldır. Məncə, parlamentin sosial şəbəkədə səhifələri olmalıdır. Bu, seçicilərlə əlaqəni gücləndirəcək, məsafəliliyi aradan qaldıracaq”.
 F.Mustafanın sözlərinə görə, Milli Məclisin heç bir üzvü bu təşəbbüsdən geri qalmayacaq: “Bəlkə də, yaşlılar texnika və texnologiyadan istifadə etməyə o qədər də meyilli deyillər. Amma nəzərə almaq lazımdır ki, parlamentdə yaş məsələsi yoxdur. Cavan da, yaşlı da müasir dövrün tələblərinə cavab verməyə, seçicilərin etimadını doğrultmağa çalışır”.                                                                   

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu