“Azərbaycan mətbuatı tam səfərbər olunub" - Operativlik qorunur

Aqil Ələsgər:“Belə vəziyyətdə çalışan jurnalistləri ən üzüağ peşə sahiblərindən hesab etmək olar"




"Azərbaycan mətbuatı koronavirusa qarşı mübarizədə tam səfərbər olunub".

Bunu "Sherg.az"a açıqlamasında "YeniÇağ" Media Qrupun rəhbəri Aqil Ələsgər deyib.

Baş redaktor bildirib ki, koronavirus vəziyyətində fəaliyyət göstərən həkimləri haqlı olaraq alqışlayırlar: 

"Mən hesab edirəm ki, alqışlanası kateqoriyalardan biri də məhz jurnalistlərdir. Mediamız ev şəraitində işləməsinə baxmayaraq, öz operativliyini qoruyur. Hətta bəzi həmkarlarımız məcburi işə də çıxırlar. Ona görə də belə vəziyyətdə çalışan jurnalistləri ən üzüağ peşə sahiblərindən hesab etmək olar".

A.Ələsgərin sözlərinə görə, mediada virusla bağlı kifayət qədər təbliğat materialları gedir: 

"Əlbəttə, mediada gedən yazılara insanların ciddi yanaşıb-yanaşmadığı, laqeyd olub-olmadıqları ayrı məsələdir. Amma bu məsələdə ən həssas kateqoriya media nümayəndələridir. Bu günədək heç bir jurnalistin məsuliyyətsiz yazısına rast gəlməmişəm. Kimsə şəxsi səhifəsində nəsə yazıbsa, dərhal həmkarları tərəfindən ciddi qınaqla üzləşib"

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu