“Azərbaycan mediası bu sınaqdan üzüağ çıxdı”


“Jurnalistlər dövlətin maraqlarından çıxış etdi, bəzən gecə səhərədək yatmayıb, təbliğat işi ilə məşğul oldular”
 

"Koronovirus pandemiyası baş qaldırdığı, ölkəmizdə ayaq açdığı və katantin rejimi tətbiq edildiyi vaxtlarda bir neçə peşə sahibinin üzərinə ağır yük düşdü".

Bunu “Sherg.az”a açıqlamasında “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli deyib.

Jurnalist bildirib ki, tibb personalı, hüquq-mühafizə orqanları, xüsusi ilə polis əməkdaşları və jurnalistlər çox ağır bir rejimdə, fədakarlıq edərək çalışırlar: 



"Cəmiyyətin maarifləndirilməsi, panikaya düşməməsi üçün medianın üzərinə xüsusi yük düşürdü. Görünən budur ki, Azərbaycan mətbuatı bu sınaqdan üzüağ çıxdı. Hər kəs dövlətin maraqlarından çıxış etdi, bəzən gecə səhərədək yatmayıb, təbliğat işi ilə məşğul oldu jurnalistlər. Bir neçə ara saytı, qeyri-peşəkarların idarə etdiyi və bir də "5-ci kolon"a bağlı saytlar müəyyən təxribatlara əl atsalar da, sağlam media dərhal bu şayiələrin qarşısını alan açıqlamalar yaymaqla, xalqı məlumatlandırdı. Çap mediası artıq 10 gündür ki, dayanıb. Lakin onlayn media üzərindən koordinasiyalı şəkildə jurnalistlər çalışırlar, evdən işləyirlər. Ümumilikdə, medianın bu proseslərdə fəaliyyəti qənaətbəxş oldu".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu