Komitə sədrindən nümunəvi addım: "Cəbhə kəndlərinə tibbi ləvazimatlar göndərdi"

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva seçildiyi 105 saylı seçki dairəsində yaşayan Qarabağ müharibəsi əlilləri və onların ailələri üçün lazım olan bütün virusdanqoruyucu tibbi ləvazimatlar göndərib.

Bu barədə "Sherg.az"a xanım parlamentarinin köməkçisi İlqar Kərimov bildirib.

Onun sözlərinə görə, artıq cəbhə kəndləri olan Əlibəyli, Ağdam və Vahidlidə bu bağlamaların paylanılmasına başlanılıb:

“Qarabağ əlilləri səhhətlərinə görə hazırda koronavirus təhdidi baxımından ən həssas insanlardır. Ona görə millət vəkili Qənirə Paşayeva ilk olaraq Qarabağ əlilləri və onların ailələrinə koronavirusdan qorunmaq üçün lazım olan tibbi maska və spirtl, dezinfeksiyaedici gellər, spreylər, xüsusi antibakterioloji vasitələr və s. hazırladaraq, göndərib. Günün sonuna qədər 105 saylı Tovuz seçki dairəsini əhatə edən kəndlərdəki Qarabağ əlillərinə bu hədiyyələr çatdırılacaq”.

İ.Kərimov həm də onu bildirib ki, tibbi qoruyucu vasitələrlə bərabər, ərazidəki Qarabağ əlilləri ailələrinin hər birinə ərzaq yardımı da edirlər.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bu mövzuda imkanlı şəxslərə çağırış da edib.
“Bu günlər həm də millətimiz üçün sınaq dövrüdür: günəmuzd və yaxud işəmuzd işləyənlərin hazırda evdə olduğunu və qazanclarının kəsildiyini nəzərə almalıyıq. İmkanlı şəxslərimiz onlara dəstək olmaqla, həm öz insanlıqlarını göstərə bilər, həm də bu ağır yükü çiyinlərinə götürən dövlətimizə dəstək vermiş olarlar. Çətin günlər geridə qalacaq, ancaq bu günlərdə insanlarımızın özünü necə aparması yaddaşlardan silinməyəcək”, - millət vəkili bildirmişdi.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu