ABŞ-da son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çatıb


Son sutka ərzində ABŞ-da koronavirusdan 1423 nəfər ölüb. Bu, dünyada bir gün ərzində koronavirusdan ən yüksək ölüm statistikasıdır.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin ən son hesabatında qeyd edilib. 

Bildirilib ki, ölənlərin sayı arataraq 7 406 nəfərə yüksəlib. 

Ölkə üzrə yoluxanların ümumi sayı 276995 nəfər olub. Hər gün orta hesabla 31782 nəfərin virusa yoluxduğu qeyd edilib.

***

08:04

ABŞ-da koronavirusdan dünyasını dəyişənlərin sayı 7077 nəfər olub. 

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin sutkalıq hesabatında bildirilib. 

Qeyd edilib ki, koronavirus infeksiyası təsdiqlənmiş halların sayı 273 minə çatıb, onlardan 9,5 min nəfəri sağalıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu