Səhiyyəmizin çökməsinə icazə verməyəcəyik - Altun


Başqa ölkələrdə olduğu kimi, səhiyyə sistemimizin çökməsinə icazə verməyəcəyik. Bu çətinliyin öhdəsindən birlikdə gələcəyik.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezident Administrasiyasının sözçüsü Fəxrəddin Altun çıxış edib.

"Türkiyə koronavirus təhdidi qarşısında digər ölkələrlə həmrəylik göstərir. İtaliya və İspaniyaya tibbi yardım göndərdik. Prezidentimiz dünya liderləri ilə, xüsusən ABŞ, Rusiya, İndoneziya və Əlcəzairlə sözügedən məsələ ilə bağlı danışıqlar aparır", - Altun söyləyib.

Qeyd edək ki, Türkiyədə koronavirus xəstələrinin sayı 20 min 921-dir. Dünyasını dəyişənlərin sayı isə 425-dir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu