Karantin rejimini pozan 2189 sürücü və sərnişin barəsində inzibati tənbeh tətbiq edilib


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında aprelin 3-ü saat 08:00-dan aprelin 4-ü saat 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Sherg.az-a  bildiriblər ki, gün ərzində 1199 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi ərazilərdən keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 2189 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu