Ötən ilin aprel xatirəsi - Cahangir Məmmədli yazır


Ötən ilin elə  bu günləri idi. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, içində vətən sevgisi daşıyan, bütün fəaliyyəti ilə özünü layiqli bir vətəndaş tanıdan Umud Mirzəyev-Rəhimoğluna müraciət etdik.



Onun çox hörmət etdiyi Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin bir qrup tələbəsinin və müəlliminin Cocuq Mərcanlıya səfərini təşkil etməsini xahiş etdik. Niyə məhz Umud müəllimdən? Ona görə ki, birincisi, biz onun cəbhə bölgələrində fəaliyyətinə yaxşı bələdik, ikincisi, Umud Mirzəyev Jurnalistika fakültəsinin tələbələrinə xüsusi qayğı ilə dostlarına nümunədir. 



 Umud müəllim bizim arzumuza dərhal cavab verdi və biz iki gündən sonra onun Cocuq mərcanlıya dəvətini aldıq.  Umud Mirzəyevin  ətrafında olan ən yaxın dostlarımız-Əflatun Amaşovu, Aqil Abbası, Akif Aşırlını, Elçin Mirzəbəylini və Jurnalistika fakültəsindən bir qrup tələbə və müəllimi, o cümlədən Nəsir Əhmədli, Allahverdi Məmmədli bu səfərdə iştirak etdi. 
  İki günlük bu səfərdə arxada, Cocuq Mərcanlıdakı quruculuq işləri ilə tanış olduq. Buradakı orta məktəbin müəllim və şagirdləri ilə görüşlər keçirdik. Biz bu anlarda həmin məktəbin vətənpərvər müəllimlərinin söhbətlərindən zövq aldıq, onların öz şagirdlərinə sevgilərinin şahidi olduq. Yadda qalan görüşlər sırasında Cocuq Mərcanlı və Füzuli çevrəsində düşmənə sipər olan əsgərlərimizlə söhbətlərimiz, onlarla bir yeməkxanada nahar etməyimiz, Aqil Abbasın əsgərlər qarşısında səmimi çıxışı kimi məqamlar oldu. Əsgərlərimiz yaxşı tanıdıqları Əflatun Amaşovun çıxışını elə alqışladılar ki, biz də bundan qürur duyduq...
  Əlbəttə, o zaman həmin səfər haqqında müxtəlif media qurumları geniş informasiyalar verdilər. Amma mən bu gün-milləti koronavirusdan qorumaq məqsədilə tətbiq edilən karantinə görə o yollara çıxa bilməməyimin acısını yaşadım və məhz həzin bir nostalgiya hissləri ilə bu aprel günündə o səfəri, Cocuq Mərcanlını, əsgərlərimizi, dostlarımızı bir daha xatırladım...

Paylaş

Bizi Facebookda izləyin
menu
menu