Kamran Həsənli həyat yoldaşının maskasından istifadə edir - Həkim qınadı 

"Bir maskadan iki nəfərin istifadə etməyindənsə, istifadə etməmək daha yaxşıdır”

  Bütün insanlar kimi, teleaparıcılar da koronavirus  pandemiyasından qorunmalı, profilaktik tədbirlərə əməl etməlidirlər. Çünki onlar hər gün efirə çıxır,  qonaqlarla təmasda olurlar. Amma, görünür, tibbi maskadan istifadə qaydasını bilməyən teleaparıcılar da var.

Belə ki, “Minval. az” saytının aparıcılar arasında təşkil etdiyi sorğuda tanınmış şoumen Kamran Həsənlinin cavabı diqqət çəkib. O, apteklərdə tibbi maska tapmamaqdan gileylənərək həkim həyat yoldaşının tibbi maskasından istifadə etdiyini deyib. 
 
Məsələ ilə bağlı “Sherg.az” a fikir bildirən həkim Şəmsiyyə Namazlı bunun yolverilməz olduğunu deyir:


“Tibbi maska individual xarakter daşıyır. Yəni bir maskadan ancaq bir nəfər istifadə edə bilər. Özü də bir neçə saat. Bütün günü maskada qalmaq düzgün deyil. Çünki insan nəfəsi maskada nəmişlik əmələ gətirir. Nəticədə infeksiyanın yayılması üçün münbit şərait yaranır. Ona görə də, əlbəttə, bir maskadan iki və daha çox şəxsin istifadə etməsi də düzgün deyil. Bir nəfərdə virus varsa, bunun həmin maskadan istifadə edən başqa adama keçməsi tam mümkündür. Çünki virus selikli qişada, yəni gözdə, burunda yayılır. Bir maskadan iki nəfərin istifadə etməsi virusun süni şəkildə yayılması deməkdir. Hətta adi qripdə də ətrafdan təcrid olunmaq lazımdırsa, koronavirusda təhlükə daha ciddidir. Odur ki, bir maskadan iki nəfərin istifadə etməyindənsə, istifadə etməmək daha yaxşıdır”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu