Əliməmməd Nuriyev: "Pandemiya dövründə ikiqat məsuliyyətli olmalıyıq"    


"Koronavirus epidemiyası dövründə səylərin birləşdirilməsi, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verilməsi çox mühümdür".
"Sherg.az"ın məlumatına görə, bu barədə “Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev sosial şəbəkədə yazıb.

O bildirib ki, bu istiqamətdə ümumi konsolidasiyaya xidmət edəcək təşəbbüslərin irəli sürülməsi əsas vəzifələrdən biridir: 

"Bu sahədə vətəndaş cəmiyyəti vacib rola malikdir. Vətəndaş cəmiyyətinin hazırkı şəraitdə əsas missiyası maarifləndirmə, ictimai  nəzarət və monitorinq tədbirlərinin, sosial dəstək təşəbbüslərinin həyata keçirilməsidir. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının REAL TV ilə birlikdə “Evdə qal, cəmiyyəti qoru!” ictimai monitorinq və məlumatlandırma kampaniyası məhz bu məqsədə xidmət edir. QHT-lərin bu istiqamətdə səylərinin artırılması, daha yaxşı koordinasiya, təkliflərin toplanması,  sosial dəstək tədbilərinin planlaşdırılması üçün üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin koronavirusla mübarizəyə həsr olunan onlayn ümumrespublika konfransı keçirilib. Konfransda 400 QHT iştirak edib. Konfrans yeni əlaqələndirmə mexanizmlərinin yaradılması, yeni təşəbbüslərin planlaşdırılması, regionlarda QHT Resurs Mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, maarifləndirmə işlərinin görülməsi, dövlət orqanlarının məlumatlandırılması ilə əlaqədar məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətli oldu. Şura sədri Azay Quliyev qarşıda duran vəzifələr, Şura tərəfindən görülən və planlaşdırılan işlər barədə QHT-ləri məlumatlandırdı. Tövsiyyələr verildi".

Ə.Nuriyev bəyan edib ki, konfransın keçirilməsi vətəndaş cəmiyətinin təşəbbüslərinin gücləndirilməsi, əlaqələndirilməsi və yeni ideyaların irəli sürülməsi baxımından əhəmiyyətli və məhsuldar keçib: 

"Hesab edirəm ki, Konfransda səsləndirlən fikirlər və tövsiyyələr, irəli sürülən təkliflər QHT-lərin fəlaiyyətinin daha da gücləndirilməsimə yeni impusl verəcək. Öz tərəfimdən Konfransda səsləndirildiyi kimi QHT-lərin effektiv, sosial dəstək tədbilərini əhatə edəcək, nəticə əsaslı layihələr və təşəbbüslər irəli sürülməsinin vacibliyini bir daha xatırladıram. Çalışmalıyıq ki, əlimzdə olan məhdud resurslar parktik nəticələr verən layihələrə yönəldilsin. Pandemiya dövründə ikiqat məsuliyyətli olmalı və standart yanaşmalardan çəkinməli, konkret problemlərin həllini nəzərdə tutan fəaliyyətlərə üstünlük verməliyik".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu