Maska taxmayan tanınmış jurnalist cərimələnib -  "Ödəmədim"


Koronavirus  pandemiyası ilə bağlı ölkədə ciddi profilaktik tədbirlər görülür.

Artıq əhaliyə tibbi maskasız çölə çıxmaq qadağan olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, maskasız çölə çıxanlara heç bir cərimə tətbiq olunmur. Sadəcə polis əməkdaşları belə vətəndaşlarla profilaktik söhbətlər edirlər. Amma görünən odur ki, bəzi polis əməkdaşları bunun fərqində deyil. 

Bu günlərdə tanınmış jurnalist Hikmət Sabiroğlu da polislərin “hədəf”inə tuş gəlib. O, “Sherg.az”a açıqlamasında tələb olunan cəriməni ödəmədiyini deyib:

“Məni bir gün əvvəl “İnşaatçılar” metrostansiyası yaxınlığında saxladılar. Jurnalist olduğumu bildikləri halda cərimə yazdılar. Amma cəriməni ödəmədim. DİN-in mətbuat xidmətinə müraciət etmişəm. Yəqin ki, məsələ aydınlaşacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu