Qənirə Paşayeva koronavirusla bağlı çağırış edib

"Bu günlərdə imkanlı insanlarımızın özünü necə aparması yaddaşlardan silinməyəcək"

Millət vəkili, Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva "Facebook" üzərindən canlı yayımla seçicilərinə koronavirusla bağlı çağırış edib.

"Sherg.az" xəbər ki, deputat Qənirə Paşayeva eyni zamanda Tovuzlu iş adamlarını, imkanlı şəxsləri bu günlərdə rayondakı imkansız ailələrə daha çox yardım etməyə çağırıb. 

Q.Paşayeva belə çətin vaxtda onlara daha çox dəstək vermək lazım olduğunu söyləyib: 

"Bu günlər həm də millətimiz üçün sınaq dövrüdür. Günəmuzd və yaxud işəmuzd işləyənlərin hazırda Covid-19-la mübarizə dövründə evdə olduğunu və qazanclarının kəsildiyini nəzərə almalıyıq. İmkanlı şəxslərimiz onlara dəstək olmaqla, həm öz insanlıqlarını göstərə bilər, həm də bu ağır yükü çiyinlərinə götürən dövlətimizə dəstək vermiş olarlar. Çətin günlər geridə qalacaq, ancaq bu günlərdə imkanlı insanlarımızın özünü necə aparması yaddaşlardan silinməyəcək".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu