“Koronavirusun ikinci dalğası da gələ bilər”- Professor

“Elə bilin ki, atom bombası atılıb. Çölə çıxacaqsınız?"

Ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar zərurət olmadığı hallarda insanların çölə çıxması tövsiyə olunmur. Bu, 65 yaşından yuxarı şəxslər üçün isə qadağandır.

Qərarla bağlı ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis, jurnalist Vüqar Babanın şəxsi “Facebook” səhifəsində yazdığı status müzakirələrə səbəb olub. O, bildirib ki, karantin başqa ağır xəstəliklərin müalicəsinə mane olur: “Azərbaycanda minlərlə qan xəstəliyi olan uşaq donor çatışmazlığı səbəbindən ölümlə üz-üzədir. Autizmli uşaqlar üçün isə evdə qalmaq əks göstərişdir. Onlar ünsiyyətsizlikdən əzab çəkirlər. Və belə başqa xəstəliklər. Bu kimi hallarda nə edilməlidir?...”. 
 Vüqar Babanın bu fikri barədə “Sherg.az”a danışan Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybullanın sözlərinə görə, bir az səbr etməkdə fayda var:

“Elə bilin ki, atom bombası atılıb. Çölə çıxacaqsınız? İnsanlar vəziyyətin ciddiliyini başa düşməlidirlər. Koronavirusun ikinci dalğası da gələ bilər. Ona görə də diqqətli və ehtiyatlı olmaq lazımdır. Demirəm, xəstələri unudaq. Sözsüz ki, otağın havasını gündə bir neçə dəfə dəyişmək şərtdir. Hətta xəstə insanı iyirmi dəqiqəlik, yarım saatlıq həyətə çıxarmaq da olar. Lakin istənilən halda ən başlıcası koronavirus təhlükəsini unutmamaqdır”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu