Qubada “Moskviç”in vurduğu piyada hadisə yerində öldü


Quba rayonunun Paşaoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sherg.az-a  verilən məlumata görə, aprelin 3-də saat 19 radələrində Quba rayonunun Paşaoba kəndi ərazisində şəhər sakini M.Bayramov idarə etdiyi “Moskviç” markalı avtomobillə yolu keçən həmyerlisi Feyzulla Eldarovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu