Komendant saatını pozan serbiyalı hücumçu saxlanıldı

Serbiya polisi Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunun futbolçu Aleksandar Priyoviçi saxlayıb.
Lent.az qol.az-a istinadən xəbər verir ki, buna 29 yaşlı hücumçunun ölkəsi Serbiyada komendant saatını pozması səbəb olub.
O, yerli vaxtla 17:00-dan sonra Belqraddakı otellərdən birindəki restoranda beş nəfərlə spirtli içki qəbul edib. Onların hamısını polis saxlayıb.
Qeyd edək ki, Serbiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün müxtəlif vaxtlarda komendant saatı tətbiq edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu