Koronavirusa dair maarifləndirici MEYXANA... - VİDEO-ÇARX 

Azərbaycanın tanınmış meyxana ustadları koronavirusla mübarizəyə dair maarifləndirici video-çarx hazırlayıblar.  "Sherg.az" xəbər verir ki, video-rolikdə meyxanaçılardan Ağamirzə Məmmədov, Mehman Əhmədli, Namiq Qaraçuxurlu və Vasif Əzimov iştirak edir. 

Onlayn formatda hazırlanan videodan da göründüyü kimi 

İndi təhlükəlidir hər yan evdə qal

Özünü qoru, Azərbaycan evdə qal

qafiyəsini açan ustadlar olduqca təsirli "kuplet"lər ərz ediblər. 

Qeyd edək ki, meyxana "Natiq" ritm qrupunun rəhbəri, xalq artisti Natiq Şirinovun nağadara qədimyanə ifası ilə başlayıb. 


Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu