Nyu-York ştatında koronavirusa yoluxmuş 630 insan ölüb


Yeni koronavirusa yoluxma üçün test nəticələri müsbət olan ABŞ-ın Nyu York ştatının sakinlərinin sayı 113,7 mindən çox olub və sutka ərzində ölənlərin sayı 630 nəfər artıb.

Trend-in məlumatına görə, bu barədə mətbuat konfransında ştatın qubernatoru Endryu Kuomo bildirib.

Onun sözlərinə görə, ölənlərin sayı 2 935 nəfərdən 3 565 nəfərədək yüksəlib:

"Koronavirusa yoluxmanın yeni hallarının sayı 10 841, ümumi sayı isə 113 704-ə çatıb". E.Kuomo deyib ki, Nyu York bu göstəricilərə əsasən ABŞ-da birinci yeri tutmağa davam edir.

Qubernatorun sözlərinə görə, onun ştatında xəstəxanalara ümumilikdə 15 905 yoluxmuş insan yerləşdirilib, onlardan 4 126 nəfər süni ventilyasiya aparatlarına qoşulub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu