Yaponiyada koronovirusa yoluxanların sayı 4134 nəfərə çatıb


Son məlumatlara görə Yaponiyada COVID-19 virusuna yoluxanların sayı 4134 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin və yerli administrasiyaların birlikdə yaydığı məlumata görə, şənbə günü virusa yoluxanların sayı daha 292 nəfər artıb. Artım tempinə görə birinci yerdə gedən Tokionun hakimiyyət orqanları koronavirusa yoluxanlar üçün çarpayı-yerlərin sayını 750-dən 900-dək artırmağa məcbur olublar. Bundan əlavə, paytaxt rəhbərliyinin xəstəliyin simptomları zəif olanlar üçün otellərdə yer ayırmaq planı barədə məlumatlar da yayılıb.

Ölkə üzrə bu xəstəlik səbəbindən ölənlərin sayının 94 nəfərə çatdığı bildirilir. Daha 73 nəfərin vəziyyəti çox ağırdır. Eyni zamanda, 1133 nəfərin sağalaraq xəstəxanaları tərk etdiyi də qeyd olunur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu