Zaurla Günayın verilişi dayandırıldı

ATV telekanalı xüsusi karantin rejimi günlərində insanların evdə vaxtlarını daha səmərəli keçirməsi üçün yeni layihəyə başlayıb.
Axşam.az-ın məlumatına görə, “Birlikdə güclüyük” adlanan canlı veriliş bu həftədən etibarən hər şənbə və bazar saat 10:00-da yayımlanır. Proqramın aparıcılığı tanınmış telejurnalist Günay Yelmarqızına həvalə olunub. Artıq aprelin 4-də verilişin ilk buraxılışı baş tutub.
Lentaz bildirir ki, Axşam.az-a açıqlama verən Günay Yelmarqızı bildirib ki, layihənin məqsədi karantin müddətində insanları motivasiya etmək, əyləndirmək və maarifləndirməkdir:

“Koronavirus bəlasıyla mübarizənin getdiyi bu günlərdə ATV olaraq insanları evdə qalmağa çağırırıq. Biz birlikdə güclüyük. Əgər həmrəy olsaq, birlikdə mübarizə aparsaq, virusa qalib gələ bilərik. Virusun yayılmasının qarşısını almaq üçün hər birimiz öz töhfəmizi verməliyik. Evdə qalaq, məsuliyyətimizi dərk edək. Bu təşəbbüslə hazırlanan verilişə müxtəlif sahənin adamları dəvət edilir. Operativ Qərargahın məlumatları təhlil olunur, Ümumdünya Səhiyyə Təşkilatının saytından statistikaları açıqlayırıq. Həmçinin veriliş əsnasında “Skype” bağlantıları yaradılır. İlk buraxılışda Əməkdar artist Rəşad İlyasov da mənimlə tərəf müqabili idi. Eyni zamanda digər sənət adamları qonağımız olacaq. Tamaşaçılar həm musiqi dinləyə biləcək, həm də xəstəliklə bağlı məlumatlanacaqlar”.

Qeyd edək ki, ATV-də həmin efir vaxtında Zaur və Günay Baxşəliyevlərin aparıcılığı ilə “Zaurla Günaydın” səhər proqramı yayımlanırdı. Telekanal rəhbərliyi bir müddət bu verilişin dayandırılmasına qərar verib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu