“Mülkiyyətçilər kirayinişinlərə güzəştə getməlidirlər” – Obyektlər boşaldılır



“Hazırda Bakı və Abşeronda yüzlərlə ailə kirayədə yaşayır və ya qeyri-rəsmi icarə münasibətlərində fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur”.
Bu sözləri "Sherg.az"a Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. Onun sözlərinə görə,  bu şəxslərin əksəriyyəti gündəlik tələbatı təmin edə bilir(di)lər ki, hazırda Nazirlər Kabinetinin qərarına əsasən fəaliyyət sahələri məhdudlaşdırılan sahələrdə çalışırlar: 

“Həmin təbəqənin “kirayə öhdəlikləri”ni icra etmək imkanları məhduddur. Bir qismi ilə aparılan söhbətlər əsasında gəlinən qənaət bundan ibarətdir ki, bəzilərinin kirayə götürdükləri obyektlərin, mənzillərin mülkiyyətçiləri aylıq kirayə pulunun bir hissəsini, yaxud hamısını müəyyən dövr üçün, yəni vəziyyət aydınlaşana kimi güzəştə getməyə razı olsalar da əksər mülkiyyətçi obyektlərin boşaldılmasını tələb edir. Bu məsələ diqqəti cəlb etməsə də ,kifayət qədər ciddi və sosial problemə çevrilə bilər!. Məncə hökümətin diqqət ayırmalı olduğu əsas sahələrdən biri də məhz şəxsi mülkiyyətdə olan kirayə mənzil fondudur. Zənnimcə, uzun illər hökumətin yaratdığı imkanlardan istifadə edən mülkiyyətçilər illərlə onlara yaradılan şəraitin qarşılığında güzəştə getməlidirlər”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu