Deputat: “Azərbaycan koronavirusa qarşı təsirli tədbirlər görür”

“Karantin rejiminin tələblərinə əməl etmək hər bir vətəndaşımızın yeni həyat tərzinə çevirilməlidir”



Azərbaycanda “COVİD-19” infeksiyasına yoluxma halları artan xətt üzrə inkişaf edir. Ölkədə 555 yoluxma faktı qeydə alınıb. Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artması  isə istər-istəməz cəmiyyətdə narahatlıq yaradır.
Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir.
 Mütəxəssislər isə hesab edir ki, ölkəmizdə infeksiyaya yoluxma sayının artması konkret amillərlə bağlıdır.  İlkin dövrlərdən fərqli olaraq  ölkəmiz  kiyafət qəddər testlər alaraq müayinənin əhatəsini genişləndirib. Virusun ilk dövrlərində ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. Şəraitin genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. 
Sözsüz ki, koronavirusun inkubasiya dövrü çox olduğu üçün xəstəliyin üzə çıxması 28 günədək davam edə bilir.  İlkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. İndi həm də ölkə daxilində insanların bir birini yoluxdurması halları qeydə alınır. 



Bu barədə “Sherg.az”a danışan millət vəkili Hikmət Babaoğlu hesab edir ki, Azərbaycan koronavirusa qarşı mübarizədə təsirli və səmərəli tədbirləri görməyi bacaran ölkələr sırasındadır . Bu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qeyd edilməkdədir: 

“Ölkəmizdəki real vəziyyət də epidemiyanın daha çox  yayılması təhlükəsinin nazarət altında saxlanıla bildiyindən xəbər  verir . Ancaq nə qədər ki , vətəndaş məsuliyyəti və sosial məsuliyyət arzuolunan səviyyədə deyil, o qədər də effektiv nəticədən danışmaq tezdir. Ona görə də karantin rejiminin tələblərinə əməl etmək hər bir vətəndaşımızın yeni həyat tərzinə çevirilməlidir . Sosial məsuliyyət və sosial təcridolunma yaxud özünü sosial təcridetmə hazırkı mərhələdə koronavirusa qarşı ən effektiv dərman kimi başa düşülməlidir . Təəssüf ki , hələ də epidemiya təhlükəsini ciddiyə almayanlar var. Artıq belə hallara qarşı tədbirlər sərtləşdirilib və düşünürəm ki, bu,  öz nəticəsini verəcək . Ancaq ehtiyac yaranarsa, daha da  sərt tədbirlərin alınması mütləq nəzərdə tutulmalıdır”.

H.Babaoğlunun sözlərinə görə, Azərbaycan dövləti təhlükəni minimizə etmək üçün kompleks tədbirlər həyata keçirir. İqtisadi blokda həyata keçirilən tədbirlər də bura daxildir: 

“Hamıya aydındır ki, epidemiya sosial sferada ciddi fəsadlar yaratdığı qədər iqtisadi sektorda da böyük zərərlərə yol açır. Bu istiqamətdə önə çıxan əsas  problemlərdən biri  də sosial təminatı zəif olan təbəqənin  və  sahibkarlığın dəstəklənməsi məsələsidir. Hazırda bu istiqamətdə də  mühüm tədbirlər həyata keçirilməkdədir. İqtisadiyyat Nazirliyi tərəfindən bu sahə üzrə 10 istiqamətdə xüsusi proqram hazırlanıb. Buraya sahibkarlığın dəstəklənməsindən başlamış vergi güzəştləri, ipoteka kreditləri, elektrik enerjisinin kommunal limitlərinin artırılması və.s kimi bütöv bir paket daxildir.  Paketin icrası nəticəsində 300 mindən çox işçinin əmək haqqının bir hissəsi dövlət  tərəfindən ödəniləcək  Dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq. Həyata keçirilən bu tədbirlər sübhəsiz ki,  ölkəmizdə iqtisadi dinamizmin təminatına  yardımçı olacaq.Vətəndaşlarımızın iqtisadi itkilərinin maksimum  azaldılmasına xidmət edəcək” .

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu