Göz önündədir: “Hökumət hər şeyi edir, vətəndaşlar da...”

"...Məsuliyyətli olmalıdırlar. Onlar başa düşməlidirlər ki, bir məsuliyyətsiz hərəkət ailənin, qohum-əqrəbanın, cəmiyyətin sağlamlığna zərər gətirə bilər”

“Məsuliyyətsiz davrananlara qarşı qanunun bütün gücü ilə sərt tədbirlər görülməlidir”




Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir. Regionun digər ölkələrinə nəzər yetirsək, fərqli mənzərənin şahidi olarıq. ÜST-ün aprelin 4-nə olan məlumatına görə, Ermənistanda 736 yoluxma və 7 ölüm faktı qeydı alınıb. Bu ölkədə Azərbaycanla müqayisədə 5 dəfəyə yaxın az, cəmi 7994 test aparılıb.  Gürcüstanda isə yoluxmaların sayı 156 nəfər təşkil edir, lakin ölüm halı hələlik qeydə alınmayıb. Dünya təcrübəsinə gəldikdə, Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edir. Bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir. Avropayla müqayisədə, ABŞ-da yayılma və ölüm halları gec başladı. İndi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altındadır. Yəni dünya və regional müqayisədə ən yüngül vəziyyət Azərbaycandadır. 

Mövcud durumu "Sherg.az"a dəyərləndirən millət vəkili Musa Qasımlı hər şeyin göz önündə olduğunu söyləyib.
Deputat bildirib ki, hökumətimiz bilavasitə cənab Prezident İlham Əliyevin nəzarəti altında özündən asılı olan hər şeyi edir: 

"Karantin tədbirləri görülür, laboratoriyalar xaricdən alınaraq ölkəmizə gətirilib. Həkimlərimiz fədakarlıq göstərirlər. Nazirlər Kabineti yanında Operativ Qərargah da gecə-gündüz işləyir. Belə bir şəraitdə ayrı-ayrı şəxslər məsuliyyətli olmalıdırlar. Onlar başa düşməlidirlər ki, bir məsuliyyətsiz hərəkət ailənin, qohum-əqrəbanın, cəmiyyətin sağlamlığna zərər gətirə bilər. Axı hamı televiziya ekranlarından seyr edir ki, səhiyyəsi öndə olan ölkələr bu gün çökür. ABŞ, İtaliya, Fransa, İspaniya nə vəziyyətdədir. Ona görə ayrı-ayrı şəxslər məsuliyyətli olmalıdırlar. Məsuliyyətsiz davrananlara Operativ Qərargahın təlimatlarına uymayanlara qarşı qanunun bütün gücü ilə sərt tədbirlər görülməlidir. Necə ola bilər ki, insan bu ölkədə, bu dövlətin qanunları ilə yaşasın, amma belə bir fəlakət qarşısında məsuliyyətini dərk etməsin?".                                      

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu