YAP rəsmisi:“Yoluxma halları laqeydliklər səbəbindən artır"

“İnsanlar nə qədər ehtiyatlı olsalar,  özlərini, ətraflarını qorusalar və karantin rejiminə əməl etsələr, biz bu problemin öhdəsindən gələcəyik”




"İlk gündən Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, insanların vaxtında məlumatlandırılması, Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə  əməkdaşlıq edilməsi pandemiyanın daha çox yayılmasının qarşısını almaq məqsədi daşıyır".

Bunu "Sherg.az"a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP rəsmisi bəyan edib ki, koronavirus dünyaya yad bir xəstəlikdir: 

"Bu virusla mübarizə üsulları hələ indi dünyaya bəlli olur. Dünyadakı elmi mərkəzlər hazırda bu işlə məşğuldur. Ən inkişaf etmiş ölkələr belə virus qarşısında çox aciz qalıblar. Həmin ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət fərqlidir. Lakin bizim problemimiz insanların həddindən artıq laqeyd olmasıdır. Neçə adam mənimlə söhbətində deyib ki, virus boş şeydir. Yoluxma halları məhz bu cür laqeydliklər səbəbiylə artır".

S.Orucov bəyan edub ki, testlərin kütləvi istehsalına yeni başlanılıb: 

"Ona görə də bu iş tədricən həyata keçirilir. Qısa müddət ərzində problemin altından qalxmaq üçün bütün zəruri addımlar atılıb. Pandemiya sadəcə Azərbaycana aid deyil. Bütün dünya bundan əziyyət çəkir. İnsanlar nə qədər ehtiyatlı olsalar, ilk növbədə özlərini, daha sonra ətraflarını qorusalar və karantin rejiminə əməl etsələr, biz bu problemin öhdəsindən gələcəyik. Dövlət çalışır ki, bütün işlərə nəzarət olsun. Hökümət tərəfindən önəmli addımlar atılıb. Həkimlərimiz və polislərimiz də fədakarcasına çalışırlar. Dövlət qurumları vahid formada mübarizə aparır. Azərbaycan yeganə dövlətdir ki, bu qədər genişmiqyaslı və hərtərəfli tədbirlər görür".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu