“İqtisadiyyatımıza olan mənfi təsirlər aradan qaldırılır” - Deputat

Ceyhun Məmmədov: “Artıq konkret tapşırıq və proqramlar üzərində işlər yekunlaşıb”





"Burada dövlətlə yanaşı, vətəndaşlarımızın da üzərinə vəzifə düşür".

Bunu “Sherg.az”a millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat cəbrayıllılara və qubadlılılara çağırış edərək onları mümkün qədər məsuliyyətli olmağa çağırıb:

"Vəziyyətin təhlili ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının artdığını göstərir. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.



Azərbaycanda belə bir durumun yaşanmaması üçün bu gündən etibarən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkəmizdə hərəkətə məhdudiyyət qoyulub".

Parlamentariyə görə, vətəndaşlarımızın bir qismi bu səbəbdən çətinliklərlə üzləşib:

"Hazırda dövlət qurumları koronavirus virusunun iqtisadiyyata mənfi təsirlərinin aradan qaldırılması üçün gərəkən addımları atır. Artıq konkret tapşırıq və proqramlar üzərində işlər yekunlaşıb. Tez-tez bizə də müxtəlif müraciətlər olur. Onların həlli üçün aidiyyəti strukturlarla məsləhətləşmələr aparır, dəstək və tövsiyələrimizi veririk. Hər birimiz vəziyyətin ciddi olduğunu bilməli, məsələlərə maksimum diqqətlə və həssaslıqla yanaşmalı, özümüzün və yaxınlarımızın sağlamlığını qorumalıyıq. Əks halda virusa yoluxanların sayı daha da artacaq. Yaranan vəziyyət müvəqqətidir. Bir çox zamanlarda olduğu kimi bu dövrdə də birlik və həmrəyliyimizi qorumalı, müəyyənləşdirilən qaydalara əməl etməliyik. Bir çox çətinliklərdən olduğu kimi, bu bəladan da üzüağ çıxacağımıza, tezliklə həyatımızın normal axarına qayıdacağına əminəm".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu