Keçmiş prezidentin ABŞ-da ürəyi dayandı

Hondurasın keçmiş prezidenti Rafael Leonardo Kalexas ABŞ-da vəfat edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 76 yaşlı keçmiş dövlət başçısının Atlantadakı xəstəxanada ürəyi dayanıb. Onu xəstəxanaya kritik vəziyyətdə gətiriblər, ancaq bir neçə saat sonra ölüb.
Siyasətçiyə 2018-ci ildə leykemiya diaqnozu da qoyulub.
Kalexas 1990-1994-cü illərdə Hondurasın prezidenti olub. Ona korrupsiyaya görə 7 epizod üzrə ittiham irəli sürülüb, lakib Hondurasın Ali məhkəməsi 2005-ci ildə bəraət qərarı verib. Keçmiş prezident 2015-ci ildə korrupsiya ittihamı ilə ABŞ məhkəməsi qarşısına da çıxarılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu