“Bircə yol var: evdə qalmaq !” - Başqa çarə axtarmayın ! 


“Koronavirus artıq qapımızdadır. Evə girmək istəyir. Qapını möhkəm - möhkəm bağlayıb evdə oturmalıyıq”



Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları artmağa davam edir.  Dünən aldığımız  məlumata əsasən, ölkədə 555 yoluxma faktı qeydə alınıb. Tibb işçiləri ciddi rejimlə çalışır. Virusun geniş yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. 
Bu kövrək və ağır məqamda xalqa informasiyaların çatdırılması da böyük əhəmiyyət kəsb edir.  Rəsmi  qərarların və güvənilir məsləhətlərin işıqlandırılması yolunda media mənsubları operativ şəkildə fəaliyyətlərini davam etdirirlər. Bəzən bir ziyalının tövsiyəsi vətəndaşların düşüncəsinə daha çox təsir göstər bilir. Bu səbəbdəndir ki, istər sənət adamları, istərsə də tanınan ziyalılar həmrəy mövqedə dayanaraq xalqa məsləhətlərini çatdırıb, maarifləndirməyə çalışırlar.

Biz "Sherg.az" olaraq bu amili nəzərə alıb, tanınmış aktyor, xalq artisti Əjdər Həmidovla əlaqıə saxlayıb, hömsöhbət olduq. 


-Bildiyiniz kimi, koronavirus infeksiyası ciddi şəkildə yayılmağa davam edir..

-Bu məsələ ilə zarafat olmaz. Qorxulu virusdur. Pis nəticələri ola bilər. Amma inanıram ki, ötəridir. Nə vaxtsa qurtaracaq. Bu bəladan qurtulmaq üçün bircə yol var: evdə qalmaq. Heç kim başqa çarə axtarmasın. Koronavirus artıq qapımızdadır. Evə girmək istəyir. Biz isə qapını möhkəm - möhkəm bağlayıb evdə oturmalıyıq. Çünki bayıra çıxsaq, koronavirus içəri girəcək. Ona görə də dövlətimiz bu məsələ ilə ciddi şəkildə məşğul olur.  Xalqını qorumaq üçün mübarizəni  davam etdirəcək. Bu səbəbdən də   qərarlara riayət etmək lazımdır. Xalqa səslənib deyirəm ki, evdə qalın! Tək yolu evdə qalmaqdır. 

-Sizdə ə hər hansı bir stress və ya depressive hal olurmu?

-Qorxmuram. Özümdən çox xalqım, yaxınlarım, elim obam üçün narahatam. Amma yenə də qeyd edirəm evdə otururam. Təxmini 10 gün olar ki, evdən çıxmıram. Çıxanda da həyətdəki marketə gedirəm. Çörək, ərzaq alıb evə qayıdıram. Ciddi riayət edirəm. Hamını da qanunlara əməl etməyə çağırıram. 

-65 yaş üstü şəxslərin evdən çıxmaması tələbinə ilk gündən əməl etmisinizmi?

-Bəli, heç yerə  hətta qızlarımı görməyə də getmirəm. Onlara da evdən çıxmağa icazə vermirəm. Qızlarıma, nəvələrinə dönə-dönə tapşırıram ki qaydalara əməl etsinlər. Yalnız telefonla əlaqə saxlayıram.  Pəncərəmizlə üzbəüz balaca market var. Çörək almaq üçün ora gedirəm və yaxud kimisə göndərirəm. Təkrar edirəm 10 gündür şəhər çıxmıram.

- Son günlərdə imkanlı sənətkarların kasıb ailələrə köməklik göstərməsi məsələsi tez-tez müzakirə olunur...

-Mütləq etməlidirlər. Yardım etdiyim iki nəfər var.  Evdə otururlar, əl uzadıram ki dolansınlar. Biri qadın,  digəri kişidir.  Onları öhdəmə götürmüşəm. Koronavirus məsələsi qurtarana qədər   ərzaqla təmin edəcəm.  Hərənin bir - iki nəfəri dolandırmağı problemlərin həlli deməkdir.

-Yəqin ki, karantin qurtarana qədər qaydalara əməl etməyə davam edəcəksiniz..

 -Mən qorxudan evdə qalmıram. Biz özümüz nümunə olmalıyıq. Küçədə görən olsa, deyərlər niyə qanunlara riayət etmirsən? Ona görə də  evdən çıxmağa ixtiyarım yoxdur. 

-Bəs vaxt necə keçir?

-Ev işləri ilə məşğul oluram, televiziyaya baxıram, kitab oxuyuram. Başqa heç nə. Yaxud qonağım gəlir. Məsələn, dünən qardaşım gəlmişdi.Yedik-içdik, nərd oynadıq.  Vaxtım  evin içində keçir. Heç qızlarımın yanına gedə bilmirəm.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu