Fransada koronavirusdan ölənlərin sayı 8 mini ötüb

Fransada yeni növ koronavirusdan ölənlərin sayı 8078-ə çatıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Sanitariya-tibbi agentliyinin açıqlamasında qeyd edilib.
Ölkədə bu günədək virusa yoluxma hallarının sayının 70478 olduğunu bildirilib. Hazırda 6978 nəfər reanimasiyadadır, 16183 nəfər sağalaraq xəstəxanadan buraxılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu