“Yuventus” hücumçusu ilə yollarını ayıracaq


İtaliyanın “Yuventus” klubu Federiko Bernardeski ilə yollarını ayıracaq.

Apasport.az saytının məlumatına görə, buna səbəb 26 yaşlı hücumçunun heyətə düşməkdə çətinlik çəkməsidir.

Meydana çıxdığı matçlarda fərqli mövqelərdə sınanan Bernardeski yay “transfer pəmcərəsi”ndə Turin təmsilçisini tərk edəcək. Qışda “Milan”ın maraq dairəsində olan forvardın baş tutmayan keçidinin yayda reallaşacaqğı istisna olunmur.

Qeyd edək ki, 2017-ci ilin yayında “Fiorentina”dan 40 milyon avroya transfer olunan Bernardeski “Yuventus”un heyətində iki dəfə İtaliya çempionu adını qazanıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu