Xəstəxanaya yerləşdirilən Boris Consonun son vəziyyəti barədə AÇIQLAMA


Böyük Britaniyanın Baş naziri Boris Consonun vəziyyəti getdikcə yaxşılaşır.
Bu barədə “Reuters” agentliyi parlamentin üzvü Robert Cenrikə istinadla xəbər verib. 
Onun sözlərinə görə, baş nazir tezliklə xəstəxanadan evə buraxıla bilər.  
“O, lazım olduğu qədər xəstəxanada qalacaq. Ancaq eşitdiyimə görə, Consonun vəziyyəti yaxşılaşıb”.

Cenrik baş nazirin ən qısa müddətdə işə başlayacağına ümidini də ifadə edib.

Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxduğu açıqlanan Böyük Britaniyanın Baş naziri Boris Conson dünən xəstəxanaya yerləşdirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu