ÇAĞIRIŞ :"Təmkinli olun, yalnız bu halda xilas ola bilərik”

“Səbirli və təmkinli olmaq lazımdır”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. 

Deputat bildirib ki, dövlətimiz pandemiyanın daha çox yayılmaması üçün bütün zəruri addımları atır: 

“Azərbaycan Beynəlxalq Səhiyyə Təşkilatının bütün tövsiyyələrini həyata keçirir. Karantin rejimi tətbiq olunandan sonra bütün addımlar sərt formada atılır. Məhz təhlükə ciddi olduğu üçün bu cür önləyici tədbirlər alınır. Digər ölkələrdəki vəziyyətə baxsaq, Avropadakı, ABŞ-dakı duruma nəzər salsaq, görərik ki, təhlükə həddindən artıq böyükdür. Ona görə də Azərbaycan vətəndaşları birmanalı şəkildə dövlətin bütün addımlarını dəstəkləməli, qayda-qanunlara ciddi formada əməl etməlidirlər. Karantin rejiminin şərtlərinə hamı məsuliyyətlə yanaşmalıdır. Yalnız bu şəkildə cəmiyyət halında real təhlükədən xilas ola biləcəyik”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu