Sərt proqnoz:“Bu il münaqişənin həlli üçün son müddət...!”

“Paşinyana böyük dərs veriləcək. Nəticədə erməni baş nazir öz xalqının “inqilabçı xilaskarı” deyil, əksinə baş bəlası olacaq” 



“Dünya koronavirus bəlası ilə mübarizə apardığı bir dövrdə işğalçı ölkə Ermənistan öz ampluasındadır”.
Bunu “Sherg.az”a Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib . 
Politoloq bildirib ki, son həftələrdə Azərbaycan-Ermənistan təmas xəttində, əsasən də Qazax rayonu istiqamətində sərhəd boyu atəşkəsin kobud şəkildə pozulması düşmənin növbəti təxribatlarıdır: 




“Qondarma Dağlıq Qarabağ rejimində Paşinyanın rəhbərliyi altında keçirilmiş “prezident və parlament seçkiləri” bir daha onu göstərdi ki, hər şeyə rəğmən ermənilər öz niyyətindən vaz keçməyib. Düşmən ölkə hələ də “Böyük Ermənistan” xülyası ilə yaşayır. Amma erməni tərəfi mütləq şəkildə başa düşməlidir ki, 2020-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün son müddət, son möhlət ola bilər. Azərbaycan bütün parametrlərinə və beynəlxalq hüququn verdiyi səlahiyyətə görə, öz ərazisində terrorçulara qarşı hərbi əməliyyatlara başlamaq iqtidarındadır. Azərbaycan Ordusu ən müasir hərbi texnika ilə təchiz olunub və mükəmməl döyüş taktikasına malikdir. Bu da işğalçı ölkə üzərində mütləq qələbə deməkdir. Əgər həmin məqamda ermənilər özlərinə arxa-dayaq axtarsalar, şübhəsiz, biz də rəsmi Bakının yanında olan gücləri prosesə daxil edə bilərik. Amma indiki məqamda və belə bir haqsız vəziyyətdə hansısa ölkənin açıq-aşkar Ermənistana dəstək verəcəyi sual altındadır. Bütün hallarda bu il ərzində Paşinyana böyük dərs veriləcək. Nəticədə erməni baş nazir öz xalqının “inqilabçı xilaskarı” deyil, əksinə baş bəlası olacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu