“Prezident bütün addımlarında humanizm prinsipinə söykənir” – Əfv təqdir edildi 

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən “COVİD-19” koronavirus pandemiyası ilə əlaqədər xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-i keçən şəxslər məhkumluqdan azad olunublar. 


Dövlət başçısının müvafiq sərəmcamını “Sherg.az”a qiymətləndirən hüquq müdafiəçisi Novella Cəfəroğlu siyasi məhbuslar haqqında da hansısa güzəştlərin nəzərdə tutulmasını təklif edib: 

“Əlbəttə, Prezident bütün addımlarında humanizm prinsipinə söykənir. O, məhkumlar üçün də əlindən gələni edir. Hər birimiz dövlət başçısına minnətdar olmalıyıq. Amma biz indi qlobal bəla ilə qarşılaşmışıq. Koronavirusun kimə, nə vaxt yoluxacağı məlum deyil. Bu səbəbdən də istərdim, ictimaiyyətdə tanınan məhbuslar da azad olunsunlar, azadlıqlarına, ailələrinə qovuşsunlar. Heç olmasa onlar haqqında ev dustaqlığı qərarı verilsin ki, ailə üzvlərini, əzizlərini görə bilsinlər. İnanın ki, dünya dövlətləri də bu addımı yüksək qiymətləndirərlər. Çünki indi həmrəylik, birlik tələb olunur”.                                                                                       

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu