Banklar kredit vermək istəmir, çünki... – ŞƏRH  

“...Qorxurlar ki, vətəndaşlar milli valyutanı dollara dəyişərlər”

“Bütün hallarda Mərkəzi Bank kreditlərin verilməsini dayandıra bilməz. Bankların kredit vermək üçün imkanları da var”



Bəzi vətəndaşlar Azərbaycanda fəaliyyət göstərən bankların istehlak və biznes kreditlərinin verilişini dayandırdığını bildirir. Müştərilər müraciət etdiyi bir neçə bankdan ayın sonunadək kredit verilməsinin dayandırıldığı cavabını alırlar.
Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətindən cavab olaraq bildirilib ki, koronavirus (COVID-19) pandemiyası və bundan irəli gələrək qlobal əmtəə bazarlarında baş verən kəskin dalğalanmalar digər ölkələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatı üçün də ciddi təhdidlər yaratmaqdadır:

“Pandemiyanın sahibkarlıq subyektlərinin və əhalinin kredit qabiliyyətinə təsir ehtimalları nəzərə alınmaqla bir sıra banklar tərəfindən müxtəlif bank xidmətləri üzrə müştərilər üçün optimallaşdırıcı tədbirlər təklif olunur, kredit ödənişləri üzrə güzəşt imkanları nəzərdən keçirilir. Hazırda banklar ölkədə pandemiyanın effektləri ilə mübarizə aparılmasında ümumi səylərə həmrəylik nümayiş etdirərək, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edir.
Banklar bütün bank xidmətlərini, o cümlədən əmanət qəbulunu, istehlak və biznes kreditləşməsini davam etdirməkdədirlər. Bununla belə, mövcud situasiya və potensial risklər nəzərə alınaraq, banklar tərəfindən öz kredit siyasətlərinə əsasən yeni kreditlərin verilməsində, habelə əmanət qəbulunda daha ehtiyatlı davranış nümayiş etdirilə bilər. Sözügedən meyillər əksər dünya ölkəsinin maliyyə-bank sistemlərində də müşahidə olunmaqdadır".

 
 
Məsələ ilə bağlı “Sherg.az”a fikrini bildirən bank məsələləri üzrə eskpert Əkrəm Həsənovun sözlərinə görə, kredit verilməsi halları son aylar,doğrudan da aşağı düşüb:

“Çünki karantin rejimidir. Hər kəsin başı koronavirusla mübarizəyə qarışıb. Amma Mərkəzi Bank kreditlərin verilməsini dayandıra bilməz. Bankların kredit vermək üçün imkanları da var. Sadəcə banklar indiki halda kredit vermək istəmirlər. Qorxurlar ki, vətəndaşlar milli valyutanı dollara dəyişərlər”.
Ə.Həsənov, həmçinin bildirib ki, banklar ianə fəaliyyəti məşğul ola bilməzlər:
“Bu, qanuna ziddir. Qanuna görə, banklar ancaq faizlə kredit verməlidirlər”.                         
                                                                            

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu