Göyçayda 24 nəfər saxlanıldı, 1-i həbs edildi - Foto



Göyçayda şəhərində polislərin yoxlaması zamanı karantin rejimini pozan şəxslər aşkarlanıb.

Axar.az xəbər verir ki, Göyçayda keçirilən reyd zamanı karantin rejimini pozan 24 nəfər saxlanılıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. Həmin şəxslər karantin rejimi qaydalarını pozaraq heç bir zərurət olmadan və 8103-ə SMS göndərmədən küçədə gəzərkən saxlanılıb.

Həmçinin, polisin qanuni tələbinə məhəl qoymadan əməllərini davam etdirdiyinə görə saxlanılan bir nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs inzibati həbs edilib.

Bundan əlavə, rayonda fəaliyyətini davam etdirən 2 bərbərxana sahibi cərimələnib.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu