Rusiyada daha 1154 nəfər koronavirusa yoluxub


Rusiyada son sutka ərzində koronavirusa daha 1154 yoluxma halı qeydə alınıb.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19 virusuna yoluxanların sayı 7497 nəfərə çatıb.

Son sutka ərzində 11 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 58-ə çatıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu