Qəbələyə qar yağır - FOTO

Durca, Laza və Qəmərvan kəndləri hazırda ən cox qar müşahidə olunan kəndlərdəndirlər

 Bu gün səhər radələrindən etibarən Qəbələyə qar yağmağa başlayıb. Səhər saat 6 radələrindən başlayan qar əsasən rayon mərkəzi və dağlıq ərazilərdə, eləcə də dağlıq kəndlərdə daha cox müşahidə olunub.

Hazırda yağan qarın qalınlığı rayon mərkəzində 5 sm, ətraf kəndlərdə və dağlarda isə 20-35 sm-dək dəyişməkdədir.

Rayonun Durca, Laza və Qəmərvan kəndləri ən cox qar müşahidə olunan kəndlərdəndir. Yaşlı insanların dediklərinə görə, aprel ayında yağan qar əkin və ziyanvericilərin tələf olması baxımından olduqca yararlıdır. Lakin bu qar həmçinin meyvələr, eləcə də gül açmış ağaclar üçün təhlükəlidir. Bu gələcək aylarda meyvələrin olmaması və ya az olacağı deməkdir. Hazırda qar yenə yağır.





Paylaş

Bizi Facebookda izləyin
menu
menu