“Tibbi spirt və maskalara olan təlabat ödəniləcək”- Ucuz və keyfiyyətli...

“Prezident dövlətin bütün resurslarını koronavirusa qarşı mübarizəyə yönəldib və ciddi mübarizə tədbirləri görülür”

“Bütün bunlar dövlət başçısının siyasətinin təməlində vətəndaşının sağlamlığı və sosial rifahının dayanmasını bir daha göstərdi”
 


Prezident İlham Əliyev koronavirus pandemiyası ilə bağlı  Azərbaycan xalqına müraciət edib. Ölkə başçısı müraciətində bu gündən (red-dünən) ölkəmizdə tibbi maska istehsalının başladığını qeyd edib:
“Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi”.
Ölkə başçısı eyni zamanda  süni qiymət artımı məsələsinə də toxunub:
“İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar”.
Məsələ ilə bağlı “Sherg.az”a a danışan millət vəkili Azər Badamov  ilk növbədə  cənab prezident İlham Əliyev və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın Sumqayıt Kimya Sənayesi Parkında  tibbi maska  istehsal edən fabrikin açılışında iştirak etməsini yüksək dəyərləndirib.
Millət vəkilinin sözlərinə görə,  dünyanı koronavirus bürüdüyü bir vaxtda  qısa zamanda tibbi maska və dizenfeksiya vasitələri istehsal edən sahələrin istifadəyə verilməsi Azərbaycanda hər bir həssas dövrü üçün istehsal sahələrini qurmağa imkan verən infrastrukturun formalaşması deməkdir: 

“ Təbii ki, müasir dövrün çağırışlarına cavab verən infrastrukturun ölkəmizdə formalaşması cənab İlham Əliyevin uzaq görən siyasətinin sayəsində meydana gəlib. Tibbi spirt və maskaların istehsalı ölkədə  bu vasitələrə olan tələbatını ödəməklə idxaldan asıllığının aradan qaldırılması deməkdir. Yəni bütün dünyada bu vasitələrin çatışmazlığı yaşanır və o cümlədən ölkəmizdə də müəyyən çətinlik yaşandı . Amma yeni istehsal xətlərin istifadəyə verilməsi bu sahədəki problemin kökündən həll olunmasına gətirib çıxaracaqdır. Tibbi spirt heç bir problem olmadan apteklər şəbəkəsində satışdadır. Tibbi maskalar da bir neçə gündə ölkə təlabatını  tam ödəyəcək. Fabrikin açılışında cənab Prezident tibbi maska və dezinfeksiya vasitələrinin qiymətlərini süni artıran şəxslərin   ciddi cəzalandıracağının xüsusilə qeyd etməsi bu vasitələrin qiymətlərində artımların olmayacağını və aşağı qiymətlərlə vətəndaşların ala biləcəyi anlamına gəlir ”. 



A.Badamov hesab  edir ki,  koronavirus ÜST tərəfindən qlobal pandemiya elan ediləndən sonra dövlətimiz dərhal qabaqlayıcı tədbirlərə başlayıb: 

“20 –dən çox xəstəxana koronavirus xəstələrin müalicəsinə istiqamətləndirilib. Bu günlərdə açılışı olmuş ən yeni xəstəxana da koronavirusa yoluxanların  müalicəsi üçün istifadəyə  verilib. Yenə  3 mobil xəstəxananın qısa bir zamanda tikilməsi nəzərdə tutulub.  15 mindən çox xaricdə yaşayan vətəndaşımız təxliyyə olunaraq müasir istirahət mərkəzləri və otellərdə karantinə yerləşdirilib. Cənab prezident dövlətin bütün resurslarını koronavirusa qarşı mübarizəyə yönəldib və ciddi mübarizə tədbirləri görülür. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu sahədə xəstələrin və  dünyasını dəyişənlərin sayının azlığına görə ən qabaqcıl yerlərdədir. Dünya üçün belə çətin  bir zamanda Azərbaycanda koronavirusa qarşı görülən tədbirlər və bu pandemiyadan əziyyət çəkən sahələrə dövlətin maliyyə yardımlarının göstərilməsi dövlət başçısının siyasətinin təməlində vətəndaşının sağlamlığı və sosial rifahının dayanmasını bir daha göstərdi. Bununla yanaş vətəndaşlar da öz üzərinə düşən sosial məsuliyyəti ciddi nizam-intizama riayət etməklə xidmət göstərməlidir. Biz bir yerdə güclüyük!”

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu