“Əfv ailələrə sevinc və ümid bəxş edib” - Humanizm nümunəsi


“Bu günə qədər qəbul edilmiş amnistiya aktları nəticəsində 40 mindən çox vətəndaşımız əfv edilib”




Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən "COVİD-19" pandemiyası ilə əlaqədər xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-i keçən 176 nəfər məhkumluqdan azad olunub. 

Ölkə başçısının bu humanist qərarını "Sherg.az"a şərh edən millət vəkili Hikmət Babaoğlu deyib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 176 məhkumun əfv edilməsi böyük humanizm nümunəsidir və yaşadığımız çətin günlərdə çoxsaylı azərbaycanlı ailəsinə sevinc və ümid bəxş edib:

“Məhkumların əfv edilməsi ümummilli ilder Heydər Əliyevin  yaratdığı hüquqi-humanist ənənələrin davamıdır  və  xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir . Təsadüfi deyil ki , bu günə qədər ölkə başçısı İlham Əliyevin və Birinci vitse – pezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları nəticəsində 40 mindən çox vətəndaşımız əfv edilib . Bu sadəcə statistika deyil həmin sayda ailənin sevinci deməkdir .Əfv fərmanı imzalanarkən istinad edilən dəyərlər xalqımızın əsrlər boyu formalaşdırdığı və bu gün də cəmiyyətimizdə milli birliyin və həmrəyliyin əsasında duran yüksək mənəvi dəyərlərdir.



Bu da özlüyündə  xüsusi qiymətləndirilməli bir hadisədir. Hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirus epidemiyası yayılıb və bunun nəticəsində müəyyən yaş qrupuna daxil olan vətəndaşlarımızın sağlığı ciddi təhdid altına düşüb . Tibb işçilərimiz bu qrupu  xüsusi risk qrupu kimi səciyyələndirir və onların xüsusi qayğıya və qorunmaya ehtiyacı olduqlarını bildirir .

Azərbaycan Prezidenti tərəfindən məhz belə kritik bir məqamda əfvlə bağlı qərarın qəbul edilməsi həmin vətəndaşlarımıza xüsusi qayğının və diqqətin təzahürüdür. Ancaq. əlbəttə, bu addım nə qədər vacib və humanistdirsə. bir o qədər də əfv olunan vətəndaşlarımız tərəfindən həssaslıqla qiymətləndirilməsi lazım olan hadisədir . Çünki bu əfvdən sui- istifadə etmək , yenidən cinayət əməllərinə meylənmək əsla  yolverilməzdir. Bu hal ciddi ictimai qınaq yarada bilər . Ona görə də istər əfv edilmiş məhkumlar, istərsə onların yaxınları bu humanist addımı məhz ictimai maraqlar nöqteyi-nəzərindən qiymətləndirməli , ümummilli həmrəyliyimizə töhfə verəcək mühüm hadisə kimi dəyərləndirməlidirlər . Çünki bütövlükdə Azərbaycan cəmiyyəti hadisəni haqlı olaraq belə də qiymətləndirir”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu