9 saylı cəzaçəkmə müəssisəsindən səkkiz məhkum azadlığa buraxılıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsindən səkkiz məhkum azadlığa buraxılıb. 
Oxu.Az xəbər verir ki, ölkə başçısının imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamına əsasən, əfv edilən məhkumlar siyahısında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov da var. 

Bundan başqa, əfv edilənlər siyahısında olan MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Yavər Əliyev, Etibar Qarayev, Həsən Məmmədov, Nizami Abdullayev, Zaur Bayramov və Əziz Qənbərovd da 9 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıblar. 

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam yaşı 65-dən yuxarı olan 176 nəfərə şamil ediləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu